Qroznını kimlər atəşə tutdu? - Kadırov bu ölkədən ağır qisas alacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Qroznı şəhərində Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis alayının kazarma binaları üzərində PUA-nın məhv edilməsi zamanı mühafizədə olan 4 hərbçi yüngül xəsarət alıb.
Bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.
O bildirib ki, havada partlayan pilotsuz təyyarə damı zədələyib və şüşəni sındırıb:
“Gecə saat 00.55-də Qroznıda Çeçenistan Daxili İşlər Nazirliyinin Rusiya Qəhrəmanı Əhməd Kadırov adına xüsusi təyinatlı polis alayının kazarma binaları üzərində pilotsuz uçuş aparatı vurulub. Heç kim ciddi xəsarət almayıb. 4 gözətçi əsgər yüngül yaralanıb.
Havada partlayan pilotsuz təyyarə damı zədələyib və şüşəni sındırıb, onun parçaları kiçik yanğına səbəb olub, yanğın tez bir zamanda söndürülüb. Binaya ciddi ziyan dəyməyib. Çeçenistandan olan 84 min könüllüdən və bölmə döyüşçülərindən ibarət ehtiyat birinci çağırışla cəbhə xəttinə getməyə hazırdır. Bunu belə qoymayacağıq və yalnız bu 4 yaralı üçün 400 Ukrayna əsgərini aradan qaldıracağıq”.
#Çeçenistan teqi istifadə olunub
- Bakıda diqqətçəkən görüş: İlham Əliyev və Ramzan Kadırov birgə nahar etdilər - Baku TV
- Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV
- Dağıstan və Çeçenistanda fövqəladə vəziyyət | 700-dən çox texnika cəlb olundu - Baku TV
- 18 yaşlı Adam Kadırov Rusiyanın ən gənc mayoru oldu
- Kadırovdan seçki ilə bağlı açıqlama
