Qrup yazışmalarına üstünlük verənlər mütləq bilsin!
“WhatsApp” hesabı olmayan istifadəçilər üçün qonaq çatları sınaqdan keçirməyə başlayıb.
“WABetaInfo” portalı xəbər verir ki, “Android” platformasında bir neçə ay davam edən sınaqlardan sonra funksiya iOS və veb-versiyada bəzi beta-testerlər üçün də əlçatan olub.
Yeni rejim link vasitəsilə qorunan yazışmaya başlamağa imkan verir. Lakin hazırda funksiya müəyyən məhdudiyyətlərlə işləyir: qrup çatları, zənglər və fayl əlavələri dəstəklənmir, həmçinin 10 gün aktivlik olmadıqda yazışma avtomatik olaraq dayandırılır.
“WhatsApp”ın “iOS TestFlight” və veb-beta versiyasından istifadə edən bəzi istifadəçilər qonaq çatlara çıxış əldə ediblər.
Bu funksiya ilk dəfə ötən ilin avqustunda "Android" beta versiyanı test edənlər üçün təqdim olunub. Onun təyinatı praktiki xarakter daşıyır.
“WhatsApp” istifadəçisi xidmətdə hesabı olmayan şəxs ilə söhbətə başlaya bilir. Funksiyanın işləmə prinsipi dəvət linki mexanizmi üzərində qurulub.
“WhatsApp” istifadəçisi tətbiqin “dost dəvət et” bölməsində xüsusi dəvət linki yaradır və onu SMS və ya digər tətbiqlər vasitəsilə göndərir. Həmin link açıldıqdan sonra “WhatsApp Web” vasitəsilə qorunan çat sessiyası işə düşür. Beləliklə, qonaq istifadəçi söhbətə başlamaq üçün hesab yaratmaq əvəzinə sadəcə ona göndərilmiş dəvət linkini açır. Bundan sonra sistemin kriptoqrafik mexanizmi işə düşür.
Həmsöhbət qonaq kimi istifadəni davam etdirdikdə “WhatsApp Web” unikal identifikator yaradır. Bu identifikator şifrələmə açarının yaradılması üçün istifadə olunur. Nəticədə qonaq çatları tamamilə şifrələmə ilə qorunur. Bu isə o deməkdir ki, “WhatsApp” özü mesajların məzmununu görə bilmir və yazışmaya yalnız söhbətin iştirakçıları çıxış əldə edir.
#Whatsapp teqi istifadə olunub
- “WhatsApp” mesajlarını yaymaq bu halda qadağandır | Ali Məhkəmədən qərar - Baku TV
- "Nömrəni de, bütün telefonu izlə" | Kiminsə "WhatsApp"ını izləyənləri nə gözləyir? - Baku TV
- Ruslar qəzəbləndi | Moskvada "Telegram", "WhatsApp" və "YouTube"dan niyə qorxurlar? - Baku TV
- “Meta” məhkəməyə verildi | “WhatsApp” istifadəçilərini qəzəbləndirən hadisə
- Putinin bu gözlənilməz əmri dünyaya səs saldı | Rusiyada nələr baş verir?
