"Anam qışqırdı ki, bina bombalandı, sonra..." | Ukrayna ABŞ-nin planı ilə razılaşacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 23-ü axşam saatlarında Rusiya Ordusunun Ukraynanın Xarkov şəhərinə PUA hücumu nəticəsində 4 sakin həlak olub, 13 nəfər xəsarət alıb.
"Zərbə endirilən zaman bir qadın mətbəxdə idi. Xilasedicilər onu dağıntılar altından qazıb çıxardılar. Təəssüf ki, qadın həlak oldu. Şükürlər olsun ki, uşaqlar sağ qalıb", – deyə Fövqəladə Hallar Xidmətinin əşəkdaşı İqor Klimenko hücumla bağlı açıqlamasında bildirib.
Rusiya və Ukrayna arasında sutka ərzində 162 döyüş qeydə alınıb. Ukraynaya aid 3 yaşayış məntəqəsinin Rusiyanın nəzarətinə keçdiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 148 rayonda Ukraynanın mühüm obyektləri hədəf alınıb.
Ukrayna Ordusu isə Rusiya hərbçilərinin olduğu bəzi mövqeləri atəşə tutub.
Bu arada, ABŞ-nin sülh planı ilə bağlı Cenevrə danışıqları davam edir. 28 punktdan ibarət olan plan üzrə ABŞ və Ukrayna arasında müəyyən irəliləyişin əldə olunduğu qeyd olunub. Amma detallar hələ razılaşdırılmayıb.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
