"Biz hakimiyyəti xalqımıza qaytarmışıq" | Paşinyandan paylaşım
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkə hakimiyyəti kilsəni xalqa qaytarmalıdır.
Baş nazir bunu "Facebook"dakı hesabında yazıb.
“Hakimiyyət xalqın mülkiyyətidir. Kilsə xalqın mülkiyyətidir. Biz hakimiyyəti xalqımıza qaytarmışıq. Kilsəni də xalqımıza qaytarmalıyıq”, – deyə o paylaşımında qeyd edib.
Xatırladaq ki, Paşinyan mayın 29-da hökumətin iclasında erməni kilsələrini "zibillə dolu şkaflara" bənzətmişdi. Bundan sonra Erməni Apostol Kilsəsinin rəhbərlərinə qarşı sərt tənqidlər və hücumlar başlamışdı. O, hətta arxiyepiskoplardan birini dayısının arvadı ilə cinsi münasibətdə olmaqda ittiham etmişdi.
Daha sonra Paşinyan katolikosu din xadimlərinin qəbul etdiyi subaylıq andını pozmaqda günahlandırıb və seçkilərdə dövlətin həlledici səsə malik olması, namizədlərin dürüstlük yoxlanışından keçməsi üçün Erməni Apostol Kilsəsinin rəhbərinin seçilməsi prosedurunun dəyişdirilməsini təklif edib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
