"Bizi biabır etdiniz" | "Türk" söhbətinə görə Mirzoyana deyilməyən qalmadı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda hökumətin iclasından sonra sözün əsl mənasında xaos yaşanıb.
Belə ki, jurnalistlər Ermənistanın xarici işlər naziri Ararat Mirzoyandan sualları cavablandırmasını istəyiblər. Lakin nazir bundan imtina edib.
Buna cavab olaraq, jurnalistlərdən biri Mirzoyana “siz ancaq türk həmkarlarınızla danışırsınız, cənab Mirzoyan?” deyə şikayət edib.
Bu sözləri həzm edə bilməyən nazir geri qayıdaraq jurnalisti təhqir edib.
“Əvvəla, mən sizin dediklərinizi son dərəcə kobud, tərbiyəsiz və qeyri-peşəkar hesab edirəm. İkincisi, bu peşəkar jurnalist fəaliyyəti deyil, siyasi aksiyadır. Ayıb olsun sənə”, – deyə o cavab verib.
Jurnalist bunun qarşılığında “Ayıb sizə olsun ki, nazir kimi bizi biabır etdiniz, əliniz cibinizdə danışırsız”, Mirzoyan isə sizdən kimsə “yalnız türk həmkarlarınızla danışırsınız” deyəndə, mənim “ayıb olsun” demək haqqım var”, – deyə cavab verib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
