"Bütün ölkələrə xəbərdarlıq edirik ki..." | ABŞ-İran danışıqları birdəfəlik pozuldu? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İranın xarici işlər naziri Abbas Əraqçinin dövlət televiziyasına müsahibəsi zamanı verdiyi açıqlamalar dünya gündəminə düşüb. Əraqçinin şərhləri, Tehranın tələblərinin yerinə yetiriləcəyi təqdirdə müharibəyə son qoymaq üçün danışıqlar aparmaq istəyini göstərir.
“Onlar bəzi ideyalar irəli sürüblər. Bir-iki yerdə gördüm ki, bu, 15 bəndlik plan kimi təsvir olunub, amma bunlar müxtəlif təkliflər kimi təqdim edilib. Hamısı ölkənin yüksəkvəzifəli şəxslərinə çatdırılıb. Hələlik siyasətimiz müqavimət göstərməyə və ölkəni müdafiə etməyə davam etməkdir. Hazırda danışıqlar aparmaq niyyətimiz yoxdur və heç bir danışıqlar aparılmayıb. Biz müharibənin bitməsini istəyirik, amma öz şərtlərimizlə, təkrarlanmamasını və düşmənlərimizin bir dərs çıxarmasını təmin edəcək şəkildə. İkincisi, İran xalqına vurulan ziyan ödənilməlidir”, – deyə o bildirib.
Nazir qeyd edib ki, hər kəs İranın Hörmüz boğazı ilə bağlı blef etdiyini düşünsə də, rəsmi Tehran güc yolu ilə nəyə qadir olduğunu nümayiş etdirdi:
“47 ildən sonra nəhayət, bizi Hörmüz boğazı üzərindəki varlığımızı nümayiş etdirməyə məcbur etdilər. Buna inanmadılar, İranın blef etdiyini düşünürdülər. İranın belə bir şey etməyə cəsarəti çatmadığını fikirləşirdilər. Amma biz bunu güc yolu ilə etdik. Bunu dayandırmaq üçün bütün imkanlarını səfərbər etdilər, amma uğursuz oldular. Hətta özləri düşmən hesab etdikləri ölkələrə müraciət edərək bu yolun yenidən açılmasına kömək etmələrini istədilər. Amma heç kim cavab vermədi, çünki bu, mümkün deyil.
ABŞ donanması belə, boğaza girməyə cəsarət etmədikdə digər ölkələrin dəniz qüvvələrinin yaxınlaşmasını necə gözləyə bilərlər?! Biz bütün ölkələrə xəbərdarlıq etdik ki, əgər onların silahlı qüvvələri bu əraziyə girərsə, gərginliyi artıracaq və region üçün daha mürəkkəb problemlər yaradacaqlar və Hörmüz boğazı məsələsi daha da mürəkkəbləşəcək”.
#Abbas Əraqçi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
- Əraqçi Hörmüz boğazının açılmasını İranın şərtlərinin qəbul edilməsi ilə əlaqələndirib
