Pleyeri seçin:

"Disney+" Atatürk serialının yayımını niyə dayandırdı?

11 avqust 2023 389 baxış

“Disney Plus”ın “Atatürk” televiziya serialının beynəlxalq yayımını dayandırması xəbəri Türkiyədə etirazla qarşılanıb. Öz növbəsində 218 təqaüdçü diplomat məsələyə sərt reaksiya verib.

Türkiyə mediası xəbər verir ki, təqaüdçü diplomatların etiraz mətnində aşağıdakı fikirlər öz əksini tapıb:

“Serialın yayımının dayandırılmasının səbəbi xüsusilə Amerika Erməni Milli Komitəsinin (ANCA) lobbiçilik fəaliyyəti ilə bağlıdır. “Disney Plus” yəqin ki, ANCA-nın sistematik olaraq türklərə qarşı qarayaxma kampaniyaları apardığını və 1970-1980-ci illərdə türk diplomatlarının dünya üzrə sui-qəsdlərindən məsul olan ASALA terror təşkilatını dəstəklədiyini bilir. Güman etmək istərdik ki, “Disney Plus” terror təşkilatı ilə dolayı yolla olsa belə, hər hansı bir əlaqədən qaçmaq üçün son dərəcə həssas olacaq.

Beynəlxalq səviyyədə qəbul edilən Atatürk anlayışı kontekstində “Disney”dən 1981-ci ildə YUNESKO-nun Atatürkün 100 illik yubileyi münasibətilə qəbul etdiyi qərarı xatırlamağı xahiş edirik. Birləşmiş Millətlər Təşkilatının qətnaməsində Atatürkün dünyada davamlı sülhün mühüm tərəfdarı olduğu və onun rəngindən, dinindən, irqindən asılı olmayaraq xalqlar arasında harmoniya və əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük səylər göstərdiyi təsdiqlənir. Bu səbəbdən biz “Disney Plus”dan “Atatürk” serialının əvvəlcədən planlaşdırıldığı kimi yayımlanmasını xahiş edirik”.

Qeyd edək ki, müraciəti imzalayanlar arasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç da var.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 389 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 389 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 389 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 389 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 389 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 389 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 389 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 389 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 389 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 389 baxış
Seçilmişlər
icon