Pleyeri seçin:

“Atatürk”ə verilən qərəzli qərar hansı məqsədi daşıyır?

13 avqust 2023 518 baxış

“Disney Plus” şirkətinin “Atatürk” serialının beynəlxalq səviyyədə yayımına dair ləğvetmə qərarı hazırda dünya ictimaiyyətinin diqqətini çəkən ən qaranlıq mövzulardan biridir.

Serialla bağlı qəbul edilmiş ədalətsiz qərar beynəlxalq səviyyəli siyasi hadisə kimi dramatikləşir və onun üzərində gərginlik durmadan artmaqdadır. Bunun ilk və mühüm səbəbi məhz Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün şəxsiyyətinin ucalığı ilə bağlıdır. Digər bir mühüm məsələ isə baş verənlərin erməni diasporunun türk düşmənçiliyi kampaniyası çərçivəsində cərəyan etməsidir.

Qeyd etmək lazımdır ki, təxminən son yüz beş illik zaman kəsiyində ümumdünya erməni lobbisi Osmanlı İmperatorluğunun mühüm dövlət adamlarına qarşı hansı qərəzi göstəribsə, böyük şəxsiyyət Mustafa Kamal Atatürkə qarşı da eyni düşmənçiliyi sərgiləyib.

“Disney Plus” şirkəti iddia edir ki, guya “Atatürk” serialının yayımdan çıxarılması kommersiya itkiləri riskinə bağlıdır. Yalan və riyakarlıqdır. Hər kəs bilir ki, ABŞ və Avropa ölkələrində ümumilikdə 10 milyona yaxın türk yaşayır. Bu kontingent əhali daim Atatürkü sevməsi ilə fəal olduğu üçün onların belə bir serialın tamaşaçısı olacağı şübhəsizdir.

Məsələnin maraqlı cəhətlərindən biri “Disney Plus” şirkətinin bu qərarına olan münasibətin inkişaf nöqtələridir. Bu məsələyə dair etiraz bəyanatı imzalayan 218 sabiq diplomat “Disney Plus” şirkətindən “Atatürk” serialını əvvəlcədən planlaşdırıldığı kimi yayımlamağı tələb edib. Bəyanatda qeyd olunub ki, serialın yayımının ləğv edilməsinin səbəbi xüsusilə Amerika Erməni Milli Komitəsi – ANCA-nın lobbiçilik fəaliyyətləri ilə bağlıdır:

“Disney Plus” yəqin ki, ANCA-nın türklərə qarşı sistemli şəkildə qarayaxma kampaniyaları yürütdüyünü və 1970-1980-ci illərdə dünyadakı türk diplomatlara qarşı sui-qəsdlər törədən ASALA terror təşkilatına dəstək verdiyini bilməkdədir”.

Türkiyə Erməni Vəqfləri Birliyinin sədri Bedros Şirinoğlu ABŞ-dəki erməni qurum və təşkilatlarını Türkiyə-Ermənistan normallaşma prosesini dəstəkləməyə və məsuliyyətli davranmağa çağırıb.

Göründüyü kimi, Türkiyənin çörəyini yeyib, suyunu içən bu şəxs əcdadlarından heç də geri qalmayaraq “Atatürk” serialının yayımına qarşı qərəzin aradan qaldırılmasına dair tələb irəli sürmür. Erməni Bedros yaxşı bilir ki, bu məsələdə ədalətli ifadə işlətsə, erməni lobbisi tərəfindən ağır cəzalandırılar.

“Disney Plus” şirkətinin məlum qərarı “Atatürk” serialını xarici ölkələrdə ağ pərdə üzərinə çıxmadan yetərincə təbliğ etdi. Sözsüz ki, Amerika Erməni Milli Komitəsi və digər erməni lobbi təşkilatları üçün fərqində olduqları bu məsələ o qədər də təhlükəli deyil. Çünki Atatürk şəxsiyyətinin ucalığı və bəşəri prinsipləri bütün qitələri fəth edib. Bundan sonra yüz belə serialın çəkilib-çəkilməməsi, yayılıb-yayılmaması bu həqiqəti kiçildə bilməz. Erməni lobbisinin hazırkı dərdi Türkiyə-Ermənistan normallaşma prosesində rəsmi Ankaranı güzəştə doğru yumşaltmaqdır. Lakin erməni millətçi dairələri unutmamalıdırlar ki, məlum normallaşma prosesi təcavüzkar Ermənistanın işğalçılıq siyasətindən əl çəkib Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliyə son qoymasından asılıdır.

Banner
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 518 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 518 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 518 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 518 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 518 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 518 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 518 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 518 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 518 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 518 baxış
Seçilmişlər
icon