"F-16"lar Ukraynaya gecikir | Müharibənin taleyi necə dəyişəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
2 ilə yaxın müddətdir davam edən Rusiya-Ukrayna müharibəsində ən çox ehtiyac duyulan texnika hərbi hava arsenalıdır.
Gözlənilməz müharibə ilə üzləşən Ukrayna müdafiə sənayesi sahəsində təkmilləşdirmə aparsa da, döyüş təyyarələri ilə, xüsusilə də müharibənin taleyinə həlledici təsir göstərə biləcək F-16 qırıcıları ilə bağlı heç nə əldə edə bilmir. Daha doğrusu, Qərb tərəfdaşları bu təyyarələrin çatdırılmasını hələ də gecikdirir.
Ukrayna Hərbi Hava Qüvvələri Yuri İqnat bildirib ki, Ukrayna hərbi aviasiyasının yeni növ təyyarələrə keçidi böyük hadisə olacaq.
“Ukraynalı pilotların və bütövlükdə Ukrayna xalqının böyük gözləntiləri var ki, bu qırıcılar bizə yeni qələbələr qazandıracaq, cəbhədəki vəziyyətin dəyişməsinə səbəb olacaq. Ancaq hər şey dərhal baş verməyəcək. Təbii ki, biz bütün taktiki aviasiya briqadalarını bir anda bu təyyarələrlə yenidən təchiz edə bilmərik. F-16-lar Sovet istehsalı olan modellərlə, məsələn MiQ-29 və Su-24-lə birgə tapşırıqları yerinə yetirəcək”.
O əlavə edib ki, Ukrayna hazırda pilotsuz uçuş aparatları sahəsində böyük addımlar atır:
“Bu gün pilotsuz uçuş aparatları döyüş meydanında kəşfiyyat, hücum əməliyyatları üçün mühüm əhəmiyyət kəsb edir. Buna görə də müharibəni PUA-lar olmadan aparmaq mümkün deyil. Bu səbəbdən hazırda Ukraynada müxtəlif nazirliklər fərqli tipli PUA-ların mümkün qədər kütləvi istehsalı və tədarükü ilə məşğuldur”.
Qeyd edək ki, son günlər şiddətlənən müharibədə Ukrayna, daha çox havadan edilən hücumlarla mübarizədə çətinlik çəkir.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
