"Hizbullah"ın düşərgəsi İsrail ordusunun hədəfində
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün öncə Livanın İsrailə aviazərbə hücumlarına cavab olaraq İsrail döyüş təyyarələri bu ölkənin cənubundakı Kafr Kila bölgəsinə hava zərbəsi endirib. Nəticədə Qasım Süleymani abidəsinin məhv edildiyi bildirilir.
İsrail döyüş təyyarələri Suriyanın cənub-qərbindəki Kuneytra çölündə “Hizbullah”ın nəzarətində olan Nəba əl-Favvar düşərgəsini də hədəfə alıb. Bu barədə İsrail Ordusu məlumat yayıb.
Bundan əvvəl, İsrail hərbçilərinin Livan ərazisindən Har Dov bölgəsinə atəş açdığı bildirilib. Yaranan vəziyyətlə əlaqələr İranın xarici işlər naziri Hüseyn Əmir Əbdullahiyan Livandakı “Hizbullah”ın lideri Həsən Nəsralla ilə danışıqlar aparıb. Danışıqlardan sonra “Hizbullah”ın HƏMAS-ın yanında olacağı qeyd olunub.
#İsrail-Fələstin müharibəsi teqi istifadə olunub
