"Hizbullah"ın gizli hazırlığı ortaya çıxdı, İsrail təcili hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Hizbullah”ın hücumlara hazırlaşdığını aşkar edən İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna yeni zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari bildirib.
O qeyd edib ki, 20 il ərzində “Hizbullah” Livanın cənubunda silah ehtiyatı yığıb. Hərəkat evlərə adi, qanadlı raketlər və pilotsuz uçuş aparatları yerləşdirib.
“Hizbullah” İsrail ərazisinə kütləvi hücum hazırlayır. Bizdə olan məlumata görə, bu aviazərbələr insan tələfatı və hərbi obyektləri məhv etmək üçün planlaşdırılıb. İsrail Silahlı Qüvvələri adından livanlılara səslənirəm. Evlərində silah gizlədilən livanlıları dərhal həmin ərazini tərk etməyə çağırıram. Tezliklə həmin istiqamətlərə aviazərbələr endiriləcək”, – deyə Daniel Haqari bildirib.
Onu da qeyd edək ki, İsrail hərbi komandanlığı Livanın cənubunda bufer zonası yaratmaq məqsədilə ərazilərin ələ keçirilməsini nəzərdə tutan quru əməliyyatına hazırlaşır. Bunun üçün İsrail Müdafiə Ordusu Qəzza zolağından iki diviziyanı Livan sərhədinə köçürüb. Təl-Əviv fəal şəkildə “Merkava” tanklarını Livanla sərhədə daşıyır.
#İsrail Hərbi Hava Qüvvələri teqi istifadə olunub
- İsrail Hərbi Hava Qüvvələri yaşayış məntəqələrinə zərbələr endirib
- İsrail Ordusu Livanda bir gündə 150 hədəfi darmadağın etdi - Baku TV
- Livan İsrail tərəfindən ağır şəkildə bombalandı | Ölənlərin sayı artmaqdadır - Baku TV
- Üç hava limanı vuruldu | İranın hərbi obyektlərinə və texnikalarına hücum - Baku TV
- İsrail aylarla davam edəcək döyüş əməliyyatlarına hazırlaşır | “Bloomberg”
