Pleyeri seçin:

"Nüvə proqramının bir hissəsini gizlədib" | Ölkə ərazisində zənginləşdirilmiş uran var? - Baku TV

19 fevral 2026 518 baxış

“İran hakimiyyəti nüvə proqramının və ya onun məqsədlərinin bir hissəsini Beynəlxalq Atom Enerjisi Agentliyindən gizlədib”.

Bunu Agentliyin baş direktoru Rafael Qrossi deyib.

O bildirib ki, hazırda İranın nüvə silahı istehsal etdiyinə dair birbaşa dəlil yoxdur. Lakin İranda aparılan yoxlama zamanı mütəxəssislər nüvə proqramı ilə əlaqəsi olmayan yerlərdə zənginləşdirilmiş uran izləri aşkar ediblər.

“Bizim bəzi sübutlara çıxışımız var idi. Biz zənginləşdirilmiş uranın izlərini görmüşdük və bu yerlər İranın nüvə proqramına heç bir əlaqəsi olmayan obyektlər idi. Əlbəttə ki, bir şeylər gizlədilmişdi”, – deyə Qrossi mediaya müsahibəsi zamanı deyib.

Beynəlxalq Atom Enerjisi Agentliyi hesab edir ki, İran ərazisində təxminən 440 kq 60%-ə qədər zənginləşdirilmiş uran ola bilər.

Qeyd edək ki, fevralın 18 də İranın xarici işlər naziri Abbas Əraqçi və AEBA-nın baş direktoru Rafael Qrossi telefon danışığı zamanı ABŞ ilə gələcək danışıqlar üçün çərçivə proqramının hazırlanmasını müzakirə ediblər. Əraqçi vurğulayıb ki, İran diqqətini gələcək danışıqları konstruktiv ruhda irəlilətməyə imkan verəcək ilkin və razılaşdırılmış çərçivə proqramının hazırlanmasına yönəldib.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə brifinqdə bildirib ki, məsələ ilə bağlı kiçik irəliləyiş olub. Lakin bəzi məsələlərdə hələ də çox uzaqdayıq.

Mətbuat katibi həmçinin qeyd edib ki, İrana zərbə endirilməsinə imkan verən bir çox arqumentlər var, lakin Donald Tramp diplomatiyaya üstünlük verir.

“İranın saziş bağlaması daha ağıllı tədbir olardı”, – deyə Kerolayn Livitt vurğulayıb.

Banner
Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 518 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 518 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 518 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 518 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 518 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 518 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 518 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 518 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 518 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 518 baxış
Seçilmişlər
icon