"Onların qarşısını belə kəsəcəyik" | ABŞ-dən sarsıdıcı xəbərdarlıq - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Venesuela neftini daşıyan tankerləri saxlamağa və narkotik ticarəti üçün istifadə olunan katerlərə zərbələr endirməyə davam edəcək.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio "ABC" telekanalına müsahibəsində bildirib.
"Biz Nikolas Maduro dövründə Venesuela ilə münasibətlərimizdə mövcud olan problemlərə diqqət yetiririk. Bu problemlər qalır və onların həlli hələ də qarşımızda durur. İnsanlara problemlərlə məşğul olmaq imkanı yaradacağıq və onlar bu məsələləri həll edənə qədər neft karantini qüvvədə qalacaq", – deyə Rubio bildirib.
"ABŞ-nin təzyiqi davam edəcək. Biz Birləşmiş Ştatlara doğru hərəkət edən narkokartellərin katerlərinə zərbələr endirəcəyik. Biz sanksiyalar altında olan gəmilərin qarşısını kəsəcəyik. Əsas problemlər həll olunana qədər bunu və bəlkə də başqa şeyləri etməyə davam edəcəyik", – deyə Amerika xarici siyasət idarəsinin başçısı vurğulayıb.
Dövlət katibi həmçinin Amerika silahlı qüvvələrinin Venesuelada quru əməliyyatı keçirməsini istisna etməyib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
