"Tək İsrail yox, bu ərazilər də təhlükədədir!" - İran İsraili "diz çökdürəcək"?
Yeniliklərdən dərhal xəbərdar olun
İran ordusunun İsrailin mərkəzinə endirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb, çox sayda yaralı var. Dağıntılar altında axtarış-xilasetmə işləri davam edir.
Son məlumata görə, bir gecədə 287 nəfər xəstəxanaya yerləşdirilib. İki azyaşlının vəziyyəti ağır qiymətləndirilir.
İran silahlı qüvvələrinin Baş Qərargahından bildirilib ki, Tehranın cavabı dağıdıcı olacaq və nəinki İsraili, həmçinin Təl-Əvivin nəzarətə götürdüyü əraziləri də əhatə edəcək. Sakinlər bu xəbərdarlığa ciddi yanaşmalı və həmin əraziləri tərk etməlidirlər.
İsrailin Baş naziri Benyamin Netanyahunun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tsaxi Haneqbi bildirib ki, İranda min ballistik raket qalıb.
“Bu və digər səbəblərə görə hazırkı döyüşlər İrandan gələ biləcək təhlükənin qarşısını birdəfəlik almağa yetərli olmaya bilər”, – deyə Haneqbi fikrini tamamlayıb.
İsrailin müdafiə ordusundan isə bildirilib ki, Qüds hərbi qruplaşmasının Tehrandakı məntəqələrinə zərbə endirilib. Bu silahlı dəstə SEPAH-ın ən güclü qolu sayılır və “Hizbullah” kimi qruplaşmaları idarə edir.
#İran Ordusu teqi istifadə olunub
- Tehran Vaşinqtona Hörmüz boğazı ilə bağlı yeni təklif göndərdi
- Sərhədlərə 50-dən çox hərbi bölmə yerləşdirən Tehran hansı məqsədi güdür? - Baku TV
- Son hərbi qarşıdurmadan sonra İranın müdafiə strategiyasında nə dəyişib? - Baku TV CANLI
- İran Hörmüz boğazında gəmilərin hərəkətinə nəzarəti davam etdirir
- İran Ordusu müdafiədən hücum doktrinasına keçdi
