Pleyeri seçin:

"TikTok"dakı yeniliklər Avropanı hərəkətə keçirdi | Əsl səbəb isə...

17 avqust 2024 491 baxış

Avropa “TikTok” sosial şəbəkəsinə qarşı savaş açıb.

Son günlər qoca qitədə ardıcıl şəkildə bu platforma ilə bağlı qadağalar sərtləşdirilir.

Öncə 2023-cü ilin fevralında Avropa Komissiyası öz əməkdaşlarına telefonlarına bu platformanı quraşdırmağı qadağan etdi. Maraqlıdır ki, qurum bununla bağlı normal izahat təqdim etmədi.

Avropa Komissiyasının bu qərarı uzun müddət təşkilata üzv olan bir çox ölkənin media qurumunda ciddi tənqid edilmişdi. Çoxları bunu komissiya rəhbərliyinin daha çox avtoritarlaşması ilə izah edirdi. Ancaq tənqidlər nəticə vermədi və qoca qitəni idarə edənlər “TikTok”dan əl çəkmək niyyətində deyillər.

Budəfəki qadağalar əvvəlkindən daha sərtdir. “TikTok” mesajlaşma bölümünə yeni imkanlar əlavə etməklə funksionallığı genişlədirib. Bundan sonra istifadəçilər mesajlaşma bölümündə 32 nəfərdən ibarət qrup çatları yarada biləcəklər. Yaradılmış qrup çatlarında videolar paylaşmaq və onlara rəy bildirmək mümkün olacaq. Bu cür çatların istifadəçiləri yaradıcı videolar və məlumat paylaşdıqca idarə edənlərlə əlaqə qurur və onlar tərəfindən mükafatlandırılırlar.

Komissiya bu qənaətdədir ki, “TikTok”a gətirilən bu cür yeniliklər insanları başqa məqsədlər üçün ələ almaq və uşaqları fərqli yönlərə çəkmək üçün istifadə edilir.

Avropa Komissiyası bununla da kifayətlənməyib və “TikTok”un tətbiqinin əlavə versiyası olan “TikTok Lite”a qarşı məhkəmə iddiası qaldırıb. Yeni proqramın əsas üstünlüyü 18 yaşından yuxarı istifadəçilərin videolara baxmaq, bəyənmək və yeni dostlar dəvət etməklə xal və mükafatlar qazanmasına şərait yaratmaqdır. “Lite” tətbiqindən istifadə edənlər 85 dəqiqəyə qədər videolara baxaraq xal qazana bilərlər. Xallar “Amazon çekləri”, hədiyyə kartları və müxtəlif digər valyutalara çevrilə bilir.

Kopyalandı
Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 491 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 491 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 491 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 491 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 491 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 491 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 491 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 491 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 491 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 491 baxış
Seçilmişlər
icon