"Tramp 2 həftə ərzində qərar qəbul edəcək" | Ağ Evdən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Tehranla onun nüvə proqramı üzrə diplomatik əlaqə şansları var və iki həftə ərzində ABŞ-nin İrana zərbələr endirəcəyi barədə qərar verəcək.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün müntəzəm brifinqdə bildirib.
“İranla danışıqların yaxın gələcəkdə baş tuta biləcəyi və ya baş tutmayacağı ilə bağlı əhəmiyyətli ehtimal olduğu üçün mən iki həftə ərzində hərəkət edib-etməmək barədə qərar qəbul edəcəyəm”, ‒ o, Trampın bəyanatını oxuyub.
Mətbuat katibi ABŞ-nin İrana zərbələr endirmək ehtimalından danışarkən əlavə edib ki, Tramp iki həftə ərzində qərar qəbul edəcək. Tramp əvvəllər İrana zərbələr endirmək ehtimalını istisna etməyib.
İyunun 17-də “Axios” portalının mənbələrə istinadən bildirdiyinə görə, Vaşinqton administrasiyasının başçısı ABŞ-nin İsrailin İrana qarşı hərbi əməliyyatlarına qoşulması və Amerika qüvvələri tərəfindən islam respublikasının nüvə obyektlərinə zərbələr endirilməsi imkanını nəzərdən keçirir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
