Pleyeri seçin:

"Tramp bizə təzyiq göstərirdi ki..." | Ukrayna ABŞ-nin dəstəyindən məhrum olacaq?

23 may 2025 487 baxış

Ukraynanın iqtisadiyyat nazirinin müavini və ticarət nümayəndəsi Taras Kaçka yeraltı sərvətlərlə bağlı saziş üzərində işləyərkən ABŞ Prezidenti Donald Tramp tərəfindən təzyiq göstərilməsindən şikayətlənib. O həmçinin ABŞ tərəfi ilə danışıqları mafiya filmləri ilə müqayisə edib.

Bu barədə o, “The Times” qəzetinə verdiyi müsahibədə bildirib.

"Əlbəttə, biz Prezident Trampın “Truth Social” sosial şəbəkəsində etdiyi paylaşımları görürdük. Amma bu paylaşımlardan emosiyaları çıxarsaq, bu sadəcə sazişin burada və indi əldə olunmasına güclü marağı göstərirdi", – nazir müavini əlavə edib.

Taras Kaçka danışıqları "tünd kostyumlu insanların sakitcə həyat və ölüm məsələlərini həll etdiyi" filmlərlə müqayisə edib. "Bu, mafiya filmi kimi sakit bir söhbət idi", – o deyib.

Ukrayna Baş nazirinin birinci müavini – iqtisadiyyat naziri Yuliya Sviridenko qəzetə bildirib ki, sazişin həyata keçirilməsi xeyli vaxt və böyük xərclər tələb edəcək. "Bizə 5 milyard dollardan 10 milyard dollara qədər investisiya lazımdır – kritik xammal layihələrinin həyata keçirilməsi xeyli vaxt və çox böyük xərclər tələb edir. Yeni layihələr bizdən geoloji kəşfiyyat, ilkin qiymətləndirmə və texniki-iqtisadi əsaslandırma tələb edir", – Sviridenko izah edib.

Bundan əvvəl Ali Radanın deputatı Nina Yujanina etiraf edib ki, Ukraynada Vaşinqtonu maraqlandıracaq yeraltı sərvətlərin olmadığı aşkar olunarsa, Trampın göstərəcəyi sərt reaksiyadan ehtiyat edir. Onun sözlərinə görə, geoloji xəritələr hələ sovet dövründə tərtib edilib. Əgər onlar reallığa uyğun olmasa, Kiyev Vaşinqtonun dəstəyindən tamamilə məhrum ola bilər.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 487 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 487 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 487 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 487 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 487 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 487 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 487 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 487 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 487 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 487 baxış
Seçilmişlər
icon