"Tramp Rusiya ilə bağlı hədəfinə çatdı!" - ABŞ-də ilk dəfədir ki...
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra Ankasam Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Mehmet Seyfəddin Erol bildirib ki, Ukraynada atəşkəs və ya sülh razılaşması 2025-ci ilin sonuna qədər ABŞ-nin zəmanəti ilə mümkün ola bilər.
"Milliyet" qəzetinə danışan Erolun sözlərinə görə, Avropa ölkələri Trampın tələblərini qəbul edərək passiv mövqedə qalıb və Ukraynada atəşkəs artıq ABŞ və Rusiya arasında razılıq əsasında formalaşacaq.
O əlavə edib ki, Vaşinqton münaqişədən həm Rusiya-Aİ yaxınlaşmasını dayandırmaq, həm də Aİ-ni ABŞ-yə daha çox asılı etmək üçün istifadə edib.
Erol qeyd edib ki, Tramp Çindən uzaqlaşması qarşılığında Rusiyanı “Avrasiya tərəfdaşı”na çevirməyi bacarıb.
Qeyd edək ki, Vaşinqton görüşündə Zelenski, Aleksandr Stubb, Emmanuel Makron, Key Starmer, Fridrix Merts, Corcia Meloni, eləcə də Avropa Komissiyası rəhbəri Ursula fon der Lyayen və NATO-nun baş katibi Mark Rutte iştirak ediblər. Bu, ilk dəfədir ki, qeyd olunan sayda yüksəksəviyyəli liderlər Ağ Evdə eyni masa ətrafında toplaşır.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
