Pleyeri seçin:

Qurbanlarını xüsusi üsullarla qətlə yetirən qadın | Amerikada bu hotelə girən sağ çıxmırdı

08 dekabr 2024 141 baxış

Onun adı hələ də tarixçilər, turistlər və əfsanə sevərlər arasında maraqla müzakirə olunur.

Laviniya Fişer Amerika tarixində ilk qadın seriya qatili olaraq tanınır. Həyatı və cinayətləri ilə bağlı çoxlu mübahisələr olsa da, Laviniya və həyat yoldaşı Con Fişer XIX əsrin əvvəllərində Cənubi Karolinanın ən qorxunc cütlüyü kimi yadda qalıb.

Laviniya 1793-cü ildə doğulub. Uşaqlıq illəri və gənclik həyatı haqqında məlumatlar çox məhduddur. Bioqrafiyasında cazibədar, ağıllı və manipulyativ bir qadın olduğu yazılır.

Çarleston şəhəri yaxınlığında yerləşən və Con Fişerlə birgə işlətdiyi hotel səyyahlar üçün dayanacaq yeri idi.

Əfsanəyə görə, Laviniya və Con hotelə gələn qonaqları öldürərək onların pul və qiymətli əşyalarını oğurlayırdı. Laviniya zərif davranışları ilə qurbanlarını aldadır, onlara xüsusi çay təqdim edirdi. İddialara görə, bu çay zəhərli idi. Qonaqlar çayı içdikdən sonra halsızlaşırdılar. Daha sonra cütlük onları ya boğur, ya da xüsusi bir mexanizm vasitəsilə yataqlarından zirzəmiyə salırdı.

Hoteldə bir neçə insanın yoxa çıxması yerli əhalini narahat edir. Bu şübhələr nəticəsində Laviniya və Con həbs edilib. Amma onlara qarşı konkret sübutların olmaması səbəbindən azadlığa buraxılıblar.

Bir müddət sonra digər cinayətlərin aşkara çıxması ilə cütlük yenidən həbs olunub və 1819-cu ildə məhkəməyə çıxarılıb. Onlar soyğunçuluq və qətllərdə təqsirli bilinərək edam cəzasına məhkum ediliblər. Laviniya Fişer 1820-ci ildə asılaraq edam edilib.

Laviniya rəsmi olaraq ABŞ-nin ilk qadın seriya qatili kimi tanınır. Amma törətdiyi qətllər ilə bağlı dəqiq heç nə sübut olunmayıb. İndiyə qədər ABŞ-nin kriminal tarixində mübahisəli sima olaraq qalır.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 141 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 141 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 141 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 141 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 141 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 141 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 141 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 141 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 141 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 141 baxış
Seçilmişlər
icon