Pleyeri seçin:

Qurumlar niyə heç bir iş görmür? - 4 aydır davam edən böyük təhlükə - Baku TV

10 iyul 2026 329 baxış

Bir müddət əvvəl Bakıya yağan leysan yağışları zamanı Binəqədi rayonunun Biləcəri qəsəbəsində istinad divarından güclü su axması ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılmışdı. Hadisədən təxminən dörd ay keçməsinə baxmayaraq, ərazidə əsaslı təmir və bərpa işləri aparılmayıb.

Mart ayında yağan şiddətli yağışlar zamanı divarın arasından fəvvarə kimi çıxan yağış suları yola axmışdı. Hazırda su axını olmasa da, leysanın yaratdığı təhlükəli vəziyyət hələ də qalmaqdadır.

Ərazidəki beton hasar ciddi şəkildə əyilib və hər an uça bilər. Hasarın yol kənarında yerləşməsi isə buradan keçən piyadaların həyatı üçün təhlükə yaradır. Təhlükəli hissəyə yalnız beton maneələr yerləşdirilib. Bununla avtomobillərin hasara yaxınlaşmasının qarşısı alınsa da, piyadaların hərəkəti üçün təhlükəsiz keçid yaradılmayıb.

Ərazidə nəqliyyatın intensiv hərəkəti müşahidə olunur. Xüsusilə günün pik saatlarında burada sıxlıq yaranır. Yola yerləşdirilən beton maneələr hərəkət hissəsini daraltdığından tıxacın daha da artmasına səbəb olur.

Mövcud vəziyyət həm piyadalar, həm də sürücülər üçün ciddi risk yaradır. Bir tərəfdən əyilmiş hasarın aşması, digər tərəfdən isə piyadaların avtomobil yoluna çıxması faciə ilə nəticələnə bilər.

Baku TV məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacaq.

Banner
Tramp-Putin razılaşmasının pərdəarxası | Savaşın gedişatında gözlənilməz hadisələr olacaq? - Baku TV

Tramp-Putin razılaşmasının pərdəarxası | Savaşın gedişatında gözlənilməz hadisələr olacaq? - Baku TV

Dünya
10 oktyabr 2026 329 baxış
Zelenski: "Buna icazə vermək müharibəyə investisiya qoymaqdır"

Zelenski: "Buna icazə vermək müharibəyə investisiya qoymaqdır"

Dünya
10 oktyabr 2026 329 baxış
Berlin bununla yanacaq qıtlığını yumşaltmağa çalışır

Berlin bununla yanacaq qıtlığını yumşaltmağa çalışır

Dünya
10 oktyabr 2026 329 baxış
500 mindən çox abonent elektrik enerjisiz qalıb

500 mindən çox abonent elektrik enerjisiz qalıb

Dünya
10 oktyabr 2026 329 baxış
Het çarlığı dövründən bəhs edən lövhələr aşkarlanıb

Het çarlığı dövründən bəhs edən lövhələr aşkarlanıb

Dünya
10 oktyabr 2026 329 baxış
27 yaşlı qadın qul kimi neçəyə satılıb?

27 yaşlı qadın qul kimi neçəyə satılıb?

Dünya
10 oktyabr 2026 329 baxış
Qışa qədər münaqişə dayandırılacaq?

Qışa qədər münaqişə dayandırılacaq?

Dünya
10 oktyabr 2026 329 baxış
İcazəsiz keçidlərlə bağlı xəbərdarlıq edilib

İcazəsiz keçidlərlə bağlı xəbərdarlıq edilib

Dünya
10 oktyabr 2026 329 baxış
ABŞ-də avtonom yükdaşıma əməliyyatlarına başlanılıb

ABŞ-də avtonom yükdaşıma əməliyyatlarına başlanılıb

Dünya
10 oktyabr 2026 329 baxış
Noyabrda sifariş edilmiş neft həcmləri göndəriləcək

Noyabrda sifariş edilmiş neft həcmləri göndəriləcək

Dünya
10 oktyabr 2026 329 baxış
Seçilmişlər
icon