Pleyeri seçin:
Radikal taliblər Pakistana qarşı hücuma keçdi | Ölənlər və yaralananlar var
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Əfqanıstanın Pilvasin rayonunda radikal taliblər tərəfindən müasir silahlardan istifadə etməklə Pakistanın nəzarət-buraxılış məntəqələri atəşə tutulub.
Pakistan Sərhəd Korpusunun cavab atəşindən sonra ən azı 8 Taliban yaraqlısı öldürülüb, 16-sı yaralanıb.
Məlumata görə, Xost vilayətində mübahisəli sərhəd bölgəsində Taliban və Pakistan hərbçiləri arasında döyüşlər iki gündür ki, davam edir.
Bildirilib ki, Əfqanıstan tərəfinin mübahisəli sərhəddə keçid məntəqəsi tikməsi səbəbindən sentyabrın 7-də Taliban və Pakistan sərhədçiləri arasında yenidən döyüşlər başlayıb. Hər iki tərəfdən itkilərin olduğu qeyd edilib, lakin onların dəqiq sayı barədə məlumat verilməyib. Ərazidə hərbi hərəkətlilik müşahidə olunub.
Kopyalandı
#Əfqanıstan teqi istifadə olunub
- 20 nəfər ölüb, 100-dən çox insan itkin düşüb
- 100-dən çox insan itkin düşdü, azı 20 nəfər öldü | Əfqanıstanda fəlakət - Baku TV CANLI
- Ölkə “dünyanın ən çox laqeyd yanaşılan böhranları” siyahısına daxil edilib
- Pakistanın şimal-qərbində genişmiqyaslı antiterror əməliyyatı keçirildi - Baku TV CANLI
- Pakistanın zərbələri nəticəsində 400-dən çox şəxs ölüb
