Rusiya-Ukrayna müharibəsi daha da şiddətləndi | Ruslar, həqiqətən, bunu etdi?
Yeniliklərdən dərhal xəbərdar olun
13 yanvar gecə hücumu zamanı bir sıra ukraynalı monitorinq kanalları Rusiyanın “gözə görünməyən” ballistik raketlərdən istifadə etdiyini bildirmişdi. Lakin rəsmi məlumatlar bunu təsdiqləməyib. Bu barədə “Fokus” nəşri yazıb.
Xüsusilə, “İnformasiya Müqaviməti” qrupunun hərbi-siyasi icmalçısı Aleksandr Kovalenko qeyd edib ki, raketlərin “qeydə alınmaması” ilə bağlı iddialar Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatlarına uyğun gəlmir.
Onun sözlərinə görə, buraxılışların aşkar edilməsinin mümkünsüzlüyü ilə bağlı heç bir rəsmi məlumat olmayıb:
“Əksinə, ballistik raketlərin buraxılışları qeydə alınıb və təhlükə ilə bağlı xəbərdarlıqlar hələ start mərhələsində – Krımdan və Rusiyanın Bryansk vilayəti ərazisindən edilib”.
Bununla yanaşı, Kovalenko vurğulayıb ki, Rusiya həqiqətən də 9M723 “İsgəndər-M” tipli ballistik raketlərin modernləşdirilməsi üzərində işləyib. Lakin bu dəyişikliklərin radarlar üçün “görünməzlik”lə heç bir əlaqəsi yoxdur:
“Klassik ballistik raket proqnozlaşdırıla bilən trayektoriya üzrə hərəkət edir. Lakin “İsgəndər” son mərhələdə istiqamətini cüzi şəkildə dəyişə bilir. Bu isə məhz HHM raketinin artıq hədəfi ələ keçirməyə çıxdığı anda baş verir”.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
