Ərdoğana gələn hədələrə sərt reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən həbsindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan yunan siyasətçiyə türk jurnalist Yılmaz Özdildən reaksiya gəlib.
O, yunan jurnalistin sosial mediadakı təxribatçı paylaşımına qarşı sərt ifadələr işlədib.
Türkiyənin böyük coğrafiyası və tarixi dərinliyinə işarə edən Yılmaz Özdil deyib:
“Buradan yunan jurnalistə bunu deyə bilərəm: kimsə heç Ərdoğanın tərliyini də ala bilməz. Türkiyənin ərazisi çox böyükdür, hamını basdıracaq qədər torpağımız var”.
Qeyd edək ki, Yunanıstanda tanınmış siyasətçi və hüquqşünas olan Faylos Kranidiotis “X”də paylaşdığı süni intellektlə hazırlanmış görüntü ilə Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanı hədəfə alıb. Paylaşımda guya Ərdoğanın Maduro kimi ABŞ hərbçiləri tərəfindən ələ keçirildiyini göstərən “fotoşəkil” yer alıb.
Təxribatçı paylaşım Türkiyədə sərt reaksiyalara səbəb olub. Çoxsaylı istifadəçilər paylaşımın açıq şəkildə hədəfgöstərmə və təxribat xarakteri daşıdığını yazıblar.
Gələn reaksiyalardan sonra Kranidiotis yeni paylaşım edərək geri addım atmayıb. Yeni açıqlamasında süni intellekt görüntüsünü paylaşdıqdan sonra özünə ünvanlanan minlərlə mesaj və təhdid aldığını bildirib.
“Sizi hədəfə almağa davam edəcəyəm”, – yunan siyasətçi qeyd edib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
