Pleyeri seçin:

Ərdoğanı bu ölkələrə aparan səbəb nədir?

21 oktyabr 2025 541 baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Küveyt, Qətər və Omanı əhatə edən üçgünlük Körfəz turu çərçivəsində Küveytə yola düşüb.

"TRT Haber"in xəbərinə görə, səfərlər zamanı Türkiyə ilə Körfəz ölkələri arasında ikitərəfli münasibətlərin inkişafı və regional proseslər müzakirə olunacaq.

Bildirilib ki, səfərin ilk dayanacağında Türkiyə Prezidenti Küveyt əmiri ilə görüşəcək. Körfəz turunun ikinci dayanacağı isə Qətər olacaq.

Məlumata görə, sabah paytaxt Dohada Ərdoğan Qətər əmiri ilə bir araya gələcək. Görüşdə ikitərəfli münasibətlərdən başlayaraq regional məsələlərə qədər bir sıra mövzular müzakirə olunacaq.

Qəzzadakı atəşkəs prosesi və bölgənin yenidən qurulması liderlərin əsas gündəm mövzularından biri olacaq.

Rəcəb Tayyib Ərdoğan Körfəz səfərinin son dayanacağı olan Omana isə cümə axşamı gedəcək. Türkiyə Prezidenti paytaxt Masqatda Oman sultanı ilə ikitərəfli görüş keçirəcək.

Görüşdə iqtisadi əməkdaşlıq məsələləri ilə yanaşı, regional proseslər də dəyərləndiriləcək.

Türkiyə liderinin Körfəz turu çərçivəsində müdafiə sənayesi, enerji və investisiya sahələrində əməkdaşlığı dərinləşdirəcək yeni addımların atılması nəzərdə tutulur. Münasibətlərin inkişafı məqsədilə ikitərəfli sazişlərin imzalanması da planlaşdırılır.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 541 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 541 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 541 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 541 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 541 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 541 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 541 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 541 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 541 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 541 baxış
Seçilmişlər
icon