Regional münaqişə qlobal savaşa çevrilə bilər?
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə ABŞ-nin İrana hücumundan narahatlıq keçirir. Bu ölkənin yaydığı bəyanatda bildirilir ki, regional münaqişə qlobal səviyyəyə çata bilər.
Rusiya da ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını qınayıb. Bu məsuliyyətsiz qərar BMT nizamnaməsinin kobud formada pozulmasıdır.
Birləşmiş Ərəb Əmirlikləri də mövcud vəziyyətdən narahatdır. Bu ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında eskalasiyanın dərhal dayandırılmasının əhəmiyyəti vurğulanıb.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, İran nüvə silahına sahib ola bilməz. O, İran, ABŞ və İsraili danışıqlar masasına oturmağa çağırıb.
“ABŞ-nin İranın nüvə obyetklərinə hücumu ilə bağlı iyunun 23-də müzakirələr aparılacaq”. Bunu isə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi deyib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
