Pleyeri seçin:

Regionun xəritəsində ciddi dəyişikliklər ola bilər | Böyük Turan isə…

10 dekabr 2024 309 baxış

“Suriya bir dövlət olaraq artıq mövcud deyil. Eyni zamanda Suriya faktoru təkcə bu keçmiş dövlətin ərazisi ilə bitməyəcək və çox güman ki, tezliklə regionun xəritəsində çox ciddi dəyişikliklərin şahidi olacağıq”.

Bu sözləri erməni politoloq Arman Abovyan Suriyada Əsəd rejiminin devrilməsi haqda qeyd edib.

O bildirib ki, Suriya faktoru dünyanın böyük parçalanması və ya yeni “Potsdam konfransı” ərəfəsində kəskin şəkildə aktivləşib.

Suriyada “kimlərin nələr əldə etməsi”nə isə A.Abovyan bu cür cavab verib:

“Türkiyə Böyük Turan layihəsinin Yaxın Şərqi də əhatə edən hissəsini silah gücü ilə səmərəli şəkildə həyata keçirərək bölgədəki fiziki varlığını əhəmiyyətli dərəcədə genişləndirdi. Bu da öz növbəsində Türkiyə-Azərbaycan tandeminin Ermənistanı daha da sıxışdırmaq və Mərkəzi Asiya istiqamətində qeyri-sabitlik yaratmaq cəhdlərinin aktivləşməsinə gətirib çıxaracaq.

İsrail İraq və Suriya ərazisindən keçməklə İranla quru əlaqəsini kəsərək “Müqavimət oxu” adlandırılan qüvvələri zərərsizləşdirdi. Amerikalılar kürdlər vasitəsilə Fars körfəzindən, Yaxın Şərqdən Avropaya qədər quru logistika marşrutlarına aktiv təsir etmək imkanı verən Suriya ərazisinin bir hissəsini ələ keçirməkdədirlər.

Rusiya regionda ən mühüm təsir alətini itirir və əsas sual Rusiyanın Suriya Latakiyasında hərbi mövcudluğunu qoruyub-qorumayacağıdır. Ən acı “pay” İrana çatdı ki, bunun üçün Suriyanın parçalanması kürd və bəluc faktorlarının aktivləşməsi ilə həm İran sərhədləri boyunca, həm də ölkə daxilində qeyri-sabitliyə səbəb ola bilər”.

A.Abovyan iddia edib ki, ortamüddətli tarixi perspektivdə daha bir “Rusiya-Türkiyə hərbi qarşıdurması” aydın görünür.

Banner
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 309 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 309 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 309 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 309 baxış
980 mindən çox vətəndaş qonşu Çada qaçıb

980 mindən çox vətəndaş qonşu Çada qaçıb

Dünya
07 noyabr 2026 309 baxış
Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Dünya
07 noyabr 2026 309 baxış
“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

Dünya
07 noyabr 2026 309 baxış
Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Dünya
07 noyabr 2026 309 baxış
Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Dünya
07 noyabr 2026 309 baxış
İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

Dünya
07 noyabr 2026 309 baxış
Seçilmişlər
icon