Rəsmi Tehran satqınların axtarışına başladı | İsrailin hücumu barədə yeni iddia
Yeniliklərdən dərhal xəbərdar olun
İran İsrailin hücumlarında Suriyada yerləşən qruplaşmalarının əlinin olduğunu düşünür. Bu barədə yerli kütləvi informasiya vasitləri məlumat yayıb.
İddiaya görə, İrana qarşı həyata keçirilən son əməliyyatların fonunda İsrail tərəfi İranyönümlü qruplaşmalardan pul mükafatı qarşılığında gizli məlumatların ötürülməsini təklif edib.
Məlumata görə, rəsmi Tehran artıq Suriyadakı satqınların axtarışına çıxıb.
Xəbərdə qeyd olunub ki, SEPAH zabitləri Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində onlara sadiq olan silahlı qruplaşmaların nümayəndələri ilə gizli görüş keçirib. İranyönümlü əfqan zabitlərinin və “Həşd əş-Şaabi” təşkilatının yüksək rütbəli üzvlərinin iştirakı ilə keçirilən görüşdə onlardan niyə məxfiliyi pozduqları soruşulub.
#İran teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
