Rəsmi Tehran uranın zənginləşdirilməsi ilə bağlı suallara aydınlıq gətirdi - Baku TV
İranın nüvə proqramı və uranın zənginləşdirilməsi məsələsi yenidən dünya gündəminin mərkəzindədir. Baku.tv-nin məlumatına görə, rəsmi Tehran uranın zənginləşdirilməsi ilə bağlı beynəlxalq ictimaiyyəti maraqlandıran suallara aydınlıq gətirib. İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi BBC-yə müsahibəsində bildirib ki, əgər ABŞ sanksiyaların ləğvini müzakirə etməyə razı olsa, Tehran nüvə sazişi bağlamaq üçün kompromisə hazırdır.
Bununla belə, Tehranın mövqeyi birmənalıdır: uranın sıfır səviyyədə zənginləşdirilməsi və ballistik raketlərin istehsalı müzakirə predmeti deyil. Rəsmi Tehran vurğulayır ki, uranın zənginləşdirilməsi İranın "milli qürur məsələsi" və suveren hüququdur. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hesabatlarına görə, İranın əlində olan 60% zənginləşdirilmiş uran ehtiyatı beynəlxalq tərəfdaşları ciddi narahat edir. Videoda İranın yeni nüvə strategiyası, ABŞ-ın mümkün reaksiyası və regionda artan hərbi gərginliyin nüvə obyektlərinə təsiri barədə ətraflı təhlil təqdim olunur.
#ABŞ teqi istifadə olunub
- ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV
- Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV
- Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM
- Qətərli nazir ABŞ-nin açıqlamasını tamamilə yanlış hesab etdiyini bildirib
- İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?
