Pleyeri seçin:
Roma Papası Zelenskini qəbul edib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Roma Papası Fransisk Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib. Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onların görüşü 40 dəqiqə davam edib. Görüş zamanı tərəflər arasında hədiyyələr mübadiləsi aparılıb. Roma Papası V.Zelenskiyə sülh budaqları olan heykəl, Ukrayna Prezidenti isə pontifikə Məryəmin gülləkeçirməz lövhədə düzəldilmiş şəklini hədiyyə edib.
Ukrayna lideri 2022-ci ilin fevralında ölkədə müharibə başlayandan bəri ilk dəfə pontifiklə şəxsən görüşüb. Onlar əvvəllər 2020-ci ilin fevralında görüşüblər. Həmin gün V.Zelenski Vatikanda humanitar vəziyyəti və Donbasdakı münaqişənin sülh yolu ilə həlli yollarını müzakirə edib.
Kopyalandı
#Roma Papası teqi istifadə olunub
- Tarixi əhəmiyyət daşıyan hadisə | Böyük Britaniya Kralı Roma Papası ilə birgə dua edib
- Roma Papası Fələstin xalqının dərdini bölüşür və atəşkəs istəyir
- Roma Papası ölkəmizə səfər edəcək? | Allahşükür Paşazadədən vacib açıqlama
- Vatikan danışıqlar üçün çox əlverişli platforma ola biləcək | Volodimir Zelenski
- Vatikanda Roma Papasının taxta çıxma mərasimi keçirildi
