Pleyeri seçin:

Rumıniyadakı seçkilərdə Corcesku gözlənilmədən birinci oldu | Nəticələr açıqlandı

25 noyabr 2024 441 baxış

Rumıniyada keçirilən seçkilərin birinci turunda bülletenlərin 98,66 faizinin sayılmasından sonra müstəqil namizəd Kelin Corcesku gözlənilmədən birinci olub.

Bu barədə AFP məlumat yayıb.

Məlumata görə, K.Corcesku 22,59 faiz, indiki Baş nazir Marçela Çolaku isə 19,55 faiz səs toplayaraq ikinci tura çıxıblar.

Rumınların Birliyi Uğrunda Alyansın namizədi Corce Simion isə 13,94 faiz səs toplayıb.

Qeyd edək ki, müstəqil namizəd kimi seçkiyə qatılan Kelin Corcesku ixtisasca aqronomdur. 2000-ci illərin ortalarında K.Corcesku Rumıniya Xarici İşlər Nazirliyində departamentlərdən birinin rəhbəri işləyib, daha sonra ətraf mühitin mühafizəsi sahəsində BMT-də müxtəlif vəzifələrdə çalışıb.

K.Corcesku millətçi fikirlərinə görə tənqid olunur. Prezidentliyə namizəd Rumıniyanın NATO-da iştirakından çəkinir və Rusiya ilə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır.

Bu seçkilərdə uğur qazanmasının səbəbi kimi onun seçki kampaniyasını “TikTok” üzərindən aparması göstərilir.

Qeyd edək ki, Rumıniyada prezident seçkilərinin ikinci turu dekabrın 8-də keçiriləcək.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 441 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 441 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 441 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 441 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 441 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 441 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 441 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 441 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 441 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 441 baxış
Seçilmişlər
icon