Rus eskpert Paşinyanı yıxıb-sürüdü: Ermənistanı gözləyən böyük təhlükə
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyanın “Wall Street Journal”ına verdiyi anti-rusiya mövqeli müsahibəsinə reaksiyalar gəlməkdə davam edir.
Bu dəfə rusiyalı hərbi ekspert Yevgeni Mixaylov Baku TV-yə hökumət rəhbərinin çıxışını şərh edib. Bildirib ki, Paşinyan ABŞ-nin nüfuzlu jurnalına təhlükəli açıqlamalar verib. O, çox ağır bir formada iddia edir ki, Moskva öz öhdəliklərini yerinə yetirmir.
Mixaylov onu da vurğulayıb ki, Paşinyanın yersiz açıqlamaları, Qərb tərəfdaşlarının dəstəyindən irəli gəlir:
“Qərb tərəfdaşları Ermənistanın KTMT-dən çıxmasını istəyirlər, amma indi Paşinyan buna risk etməyəcək. Qərb Ermənistanda öz təsirini gücləndirdiyi zamanda, külli miqdarda kreditlər verdikdə və heç kimin Ermənistana toxunmayacağına zəmanət verdiyi vaxtda İrəvan tamamilə Moskvanı satacaq. Mən Paşinyanın Rusiyanı satmaq kimi “üstünlüyünün” olduğundan əminəm, amma bunun baş verməməsini istərdik.
Moskva münasibətləri sabitləşdirmək üçün əlindən gələni edir və edəcək. Buraya sərt addımlar və davranışlar da daxildir, çünki Ermənistanda bizim hərbi bazamız var, ordumuz Ermənistanın təhlükəsizliyini təmin edir. Erməni vətəndaş cəmiyyətinin Moskvanın davranışından narazı olması isə yalandır. Sadə əhalinin əksəriyyəti anlayır ki, Paşinyan Ermənistanı fəlakətə aparır”.
Mixaylov bildirib ki, Ermənistan Rusiyadan, sadə ermənilər isə Moskvadan və Rusiyanın digər regionlarından gələn pul köçürmələrindən asılıdır.
“Belə olan halda Moskva ilə münasibətləri pozmaq Ermənistan dövləti üçün fəlakətə gətirə bilər. Paşinyanın dediyi hər söz indi Kremldə çox kəskin qıcıq yaradır. İttihamlarının və hərbi bazamız haqqında bildirdiyi fikirlərin fonunda Paşinyan Rusiya ilə razılaşmaları və iqtisadi tərəfdaşlıqları xatırlamalıdır. Ermənistan hər zaman üzə gülərək kürək arxasında işlər çevirir”, – deyə o əlavə edib.
Qeyd edək ki, Ermənistanda Rusiyanın 102-ci hərbi bazası mövcuddur. Hazırda şəxsi heyətinin 4 000 nəfər olduğu bildirilən obyektin döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq və s. fəaliyyət göstərir.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
