Rusiya ABŞ ilə hansı məsələdə müzakirə aparmaq niyyətindədir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Moskvanın 2026-cı ildə Almaniyada uzaqmənzilli raketlərin yerləşdirilməsi məsələsini ABŞ ilə dialoq çərçivəsində müzakirə etməyə hazır olduğunu açıqlayıb.
Aleksandr Qruşko bu barədə “İzvestiya” qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Rusiya heç vaxt danışıqlardan yayınmayıb. ABŞ-nin Orta və Kiçik Mənzilli Raketlər haqqında Müqavilədən çıxmasından sonra Moskva bu tip sistemlərin yerləşdirilməsinə moratorium elan edib və Avropada Amerika raketləri peyda olana qədər onları yerləşdirməyəcəyini bəyan edib.
Qruşko qeyd edib ki, Rusiyanın mövqeyi dəfələrlə ABŞ tərəfinə çatdırılıb və Avropa ölkələrinə də məlumdur.
Bununla yanaşı, o, Avropada militarist əhval-ruhiyyənin üstünlük təşkil etdiyini vurğulayıb. Diplomat Avropanın hazırkı addımlarını Rusiyaya qarşı təhlükəsizlik qurmaq cəhdi kimi qiymətləndirib və belə siyasəti “çıxılmaz yol” adlandırıb. Onun fikrincə, təhlükəsizlik başqalarının hesabına qurula bilməz.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Sülhün açarı Bakı və İrəvandadır? | Rusiya rəsmisindən açıqlama - Baku TV
- Polşadakı təlim Ukraynaya göndəriləcək qüvvələrin sınağıdır? - Baku TV
- Zaxarovadan Qərbə Ukrayna ilə bağlı sərt xəbərdarlıq - Baku TV CANLI
- "Rusiya Avropanın tələbləri ilə razılaşmayacaq" | Lavrovdan açıqlama
- Lavrovdan sensasiyalı sözlər: Moskvanın növbəti hədəfi nədir? - Baku TV CANLI
