Pleyeri seçin:

Rusiya-ABŞ münasibətləri bərpa olunsa... | Tramp Cənubi Qafqazda kimin tərəfində olacaq?

08 mart 2025 348 baxış

“Rusiya ilə Amerika arasında münasibətlər qismən də olsa bərpa olunsa, müsbət tendensiya yaransa, o zaman bunun Cənubi Qafqaz elitasının əhvali-ruhiyyəsinə təsir edəcəyi aydındır”.

Bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı politoloq Andrey Bıstritski deyib.

“Tramp Cənubi Qafqazda heç kimin tərəfində olmayacaq. Eyni zamanda qərbi avropalıların regionda fəallığı artacaq və artıq artmaqdadır. Regiondaxili münasibətlərin konfiqurasiyasından danışırıqsa, onda burada hər bir ölkə öz maraqları haqqında daha çox düşünməli olacaq. Cənubi Qafqazın bütün dövlətləri öz siyasətinə görə çox fərqlidir. Ermənistandan danışırıqsa, o zaman Baydenin dövründə də onun dəstəyi realdan daha simvolik idi.

Paşinyan faktorunu izah etmək mənim üçün çətindir, amma bu, tibbi faktdır. O, davamlı və çox israrla siyasi ritorika səsləndirir, hansı ki, orada arzuladığını reallıq kimi qəbul edir. Baydendən Ermənistana real dəstək olmadı. Eləcə də Avropa tərəfdən. Bu, mistika idi. İndi Trampın dövründə bu mistika da azalacaq, dəstək isə daha da azalacaq.

Gürcüstan son vaxtlar çox müstəqil hərəkət edir. Gürcüstan hakimiyyəti əhalini öz ətrafında birləşdirə bildi. Azərbaycan müstəqil, özünü təmin edən ölkədir, başqasına deyil, konkret olaraq Azərbaycan Respublikasına lazım olan suveren qərarlar qəbul etmək üçün kifayət qədər güclənmiş bir dövlətdir. Bu və ya digər ölkənin milli elitası möhkəmlənibsə və dövlətin nəyə ehtiyacı olduğunu bilirsə, onda müxtəlif geosiyasi çəkişmələr ölkəyə təsir etmir”, – o bildirib.

Politoloq qeyd edib ki, Cənubi Qafqazda ABŞ-də bu və ya digər administrasiyanın hakimiyyətdə olmasının əhəmiyyətini şişirtməyə ehtiyac yoxdur:

“Hətta Trampın belə sözləri ilə hərəkətləri arasında böyük fərq var. Bəli, ABŞ-nin Demokratlar administrasiyası Cənubi Qafqazda Respublikaçılardan daha fəal idi. Tramp administrasiyası heç bir münaqişənin tərəfi olmaq istəmədiyini və diqqətini Amerikanın daxili işlərinə yönəltmək niyyətində olduğunu vurğulayıb”.

Banner
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 348 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 348 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 348 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 348 baxış
980 mindən çox vətəndaş qonşu Çada qaçıb

980 mindən çox vətəndaş qonşu Çada qaçıb

Dünya
07 noyabr 2026 348 baxış
Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Dünya
07 noyabr 2026 348 baxış
“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

Dünya
07 noyabr 2026 348 baxış
Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Dünya
07 noyabr 2026 348 baxış
Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Dünya
07 noyabr 2026 348 baxış
İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

Dünya
07 noyabr 2026 348 baxış
Seçilmişlər
icon