Rusiya Belqorodun qisasını alacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya ukraynalı diversantların Belqorod vilayətində törətdiyi terror aktına bənzər hərəkətlərinə operativ və son dərəcə sərt cavab verməyə davam edəcək”.
Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. “Bu il mayın 22-də Belqorod vilayətinin Kozinka beynəlxalq nəzarət-buraxılış məntəqəsinin ərazisinə Ukrayna millətçi birləşməsinin bölməsi basqın edib. Hava zərbələri və Dövlət Sərhəd Mühafizə Xidmətinin əməkdaşlarının həyata keçirdiyi operativ tədbirlər nəticəsində ukraynalı diversantların qarşısı alınıb və onlar məhv edilib. Digərləri isə Rusiyadan Ukrayna ərazisinə qovularaq orada tamamilə məhv edilənə qədər atəşə tutulublar”, – deyə o qeyd edib.
Nazir Ukrayna müharibəsində iştirak edən hərbi qulluqçuların hüquqlarının təmin olunması haqqında da danışıb. Bildirib ki, Rusiyada xüsusi əməliyyatda iştirak edən hərbi qulluqçuların hüquqlarını əhəmiyyətli dərəcədə genişləndirən 63 normativ hüquqi akt qəbul edilib.
Onun sözlərinə görə, Rusiya xüsusi əməliyyatda iştirak edən hərbi qulluqçular və onların ailə üzvləri üçün sosial təminatların həyata keçirilməsi üzrə sistemli işi davam etdirəcək.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
