Rusiya bu hərəkəti terror adlandırdı | Gərgin döyüşlərdə ən son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Xersona PUA hücumu olub. Alyoşka şəhərindəki bazara endirilən zərbələr nəticəsində 7 nəfərin öldüyü, 20-dən çox insanın yaralandığı bildirilir.
Şəhərdə matəm elan olunub. Rusiyada bu hücuma görə cinayət işi açılıb. Belə ki, Moskva Ukraynanın bu şəhərdəki bazara dronlarla hücum etməsini terror sayır. Digər məlumata görə isə Rusiya 162 rayonda Ukrayna Ordusuna məxsus obyektləri məhv edib.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts isə bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması istiqamətində danışıqlar davam edir.
Jurnalistlərin mövzu ilə bağlı suallarına cavab verən M.Uolts qeyd edib ki, Rusiya masa arxasına oturmalıdır. Hər iki tərəf sülhə istiqamətlənməli, döyüşləri dayandırmalıdır. Atəşkəs razılaşması mümkündür.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
