Rusiya bu ölkə ilə nüvə müharibəsinə başlayır? - Sensasiya yaradan xəbər
Yeniliklərdən dərhal xəbərdar olun
Pentaqon ABŞ və Rusiya Federasiyası arasında birbaşa hərbi münaqişənin başlaya biləcəyi şərtlərini açıqlayıb.
Bu barədə ABŞ Şimal Komandanlığının rəhbəri, general Qreqori Giyo danışıb.
O hesab edir ki, bu, Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə baş verə bilər.
“ABŞ və onun əsas rəqiblərindən biri arasında birbaşa münaqişə ehtimalı artır”, ‒ deyən amerikalı hərbi lider Ukrayna münaqişəsinin potensial olaraq ABŞ Silahlı Qüvvələri ilə birbaşa hərbi toqquşma ilə nəticələnə biləcək ssenarilərin inkişafına təkan verə biləcəyini vurğulayıb.
Bir müddət əvvəl politoloq Sergey Sudakov Rusiya ilə ABŞ arasında mümkün olan yeganə müharibənin nüvə müharibəsi olması fikrini bildirmişdi. Ancaq bu, təxminən 40 dəqiqə davam edəcək, bundan sonra bəşəriyyət məhv olacaq.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
