Pleyeri seçin:

Rusiya çöküşə tərəf gedir? - Ukrayna üçün tarixi fürsət, yoxsa... ?

04 sentyabr 2025 471 baxış

“ABŞ və Avropa döyüş meydanında qələbəsi üçün Ukraynaya lazımi qüvvə yerləşdirməyə hazır deyillər. Buna görə də hazırkı vəziyyət başqa alternativlər tələb edir. Ərazi itirilməsini hüquqi cəhətdən tanımadan döyüşlərin müvəqqəti dayandırılması ordu və iqtisadiyyatın möhkəmləndirilməsi üçün Ukraynaya vaxt qazandırmış olardı”.

Bu sözlər geosiyasi strateq, politoloq Mark Brolinin “The Telegraph”dakı şərhində yer alıb.

“Bunu “Koreya dondurulması”, yaxud alman finalı adlandırmaq olar. Belə olan təqdirdə işğalın de-yure tanınması rədd edilir. Ukrayna zaman və nə vaxtsa torpaqlarını işğaldan azad etmək şansı qazanır. Bu addım kapitulyasiya olmayacaq”, ‒ deyə Brolin bildirib.

Onun sözlərinə görə, bunun reallaşması üçün 3 səbəb mövcuddur. Birincisi, sanksiya və davamlı hücum xərclərinə görə Rusiya iqtisadiyyatı da yaxşı durumda deyil. İkincisi, ABŞ-nin daxili siyasəti Ağ Evin uzunmüddətli perspektivdə verə biləcəyi zəmanətləri məhdudlaşdırır. Açıq eskalasiya siyasi təhdidə çevrilir və Vaşinqton ilk növbədə Rusiyanı Avropanın problemi hesab edəcək.

“Soyuq müharibə dövründə “rus ayısı”nı tənqid etmək qlobal münaqişəyə çevrilə bilərdi. Donald Tramp da həmin dönəmə bağlı olan son Prezident olacaq. “Qonşu ölkələr vassalların statusunu qəbul etməlidir” arqumentinin əsasını da məhz bu təşkil edir. Hərçənd “rus ayısı” artıq əldən düşüb və Sovet İttifaqının keçmiş üzvləri artıq müstəqil respublikalardır. Üçüncüsü, Avropa oyanır və energetika sahəsində Rusiyadan asılılığı aradan qaldırmağa çalışır. Bu isə Rusiyanın çöküşünü tezləşdirəcək”, ‒ deyə Brolin qeyd edib.

Buna görə münaqişənin dondurulması Rusiyaya da sərf edir. Məlumat üçün bildirək ki, Rusiya işğal etdiyi ərazilərdən çıxmaq istəmir. Ukrayna tərəfi isə münaqişənin “Koreya variantı” ilə dondurulmasını istisna etməyib.

Banner
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 471 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 471 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 471 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 471 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 471 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 471 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 471 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 471 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 471 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 471 baxış
Seçilmişlər
icon