Pleyeri seçin:

Rusiya Donbasla bağlı məqsədinə çata bilmir?

14 may 2026 379 baxış

Rusiyanın yaxın aylarda Ukraynanın Donbas bölgəsini tamamilə ələ keçirəcəyi barədə bəyanatları yerdəki real vəziyyəti əks etdirmir.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Amerikalı analitiklər hərbi komandanlığın Rusiya Prezidenti Vladimir Putini payıza qədər bütün Donbası ələ keçirməyin mümkünlüyünə inandırdıqları barədə məlumatları belə şərh ediblər: “Rusiyanın şişirdilmiş ərazi ambisiyaları və aqressiv ərazi tələbləri döyüş meydanındakı reallığa uyğun gəlmir”.

ISW-nin fikrincə, hazırda Rusiya Ordusunun bütün Donbası nə vaxt ələ keçirə biləcəyi barədə proqnoz vermək mümkün deyil.

Rusiyanın irəliləyişinin yavaşlaması və Ukraynanın nəzarətində olan ərazilərin mürəkkəb təbiəti səbəbindən rus ordusunun bunu necə edə biləcəyi naməlumdur.

Analitiklər qeyd ediblər ki, Rusiya ilin əvvəlindən Donetsk vilayətində cəmi 349,89 kvadratkilometr ərazini işğal edib. Ukrayna ordusunun istehkamları, çətin coğrafi relyef, eləcə də əks-hücumları və bütün cəbhə xətti boyunca Rusiyanın hücum əməliyyatlarına mane olan ortamənzilli zərbə kampaniyası rusların Donetsk vilayətinin qalan hissəsini ələ keçirmək perspektivlərini zəiflədir.

ABŞ institutu başqa bir detala diqqət çəkib – Ukraynanın cənubdakı əks-hücumları Rusiyanı Donbas da daxil olmaqla, öz qüvvələrini cəbhənin müxtəlif istiqamətlərində bölüşdürməyə və müdafiəyə çəkilməyə məcbur edib.

Analitiklər əlavə ediblər ki, Ukrayna Ordusunun uğurlu irəliləyişi Rusiyanın planlarını pozur və ya onları dəyişdirmək məcburiyyətində qoyub.

Banner
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 379 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 379 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 379 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 379 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 379 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 379 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 379 baxış
İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 379 baxış
Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI

Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 379 baxış
Qara dənizdə taxıl dəhlizinin açılması Zelenski ilə Modi arasındakı telefon söhbətində müzakirə edilib

Qara dənizdə taxıl dəhlizinin açılması Zelenski ilə Modi arasındakı telefon söhbətində müzakirə edilib

Dünya
10 noyabr 2026 379 baxış
Seçilmişlər
icon