Rusiya əraziləri həqiqətən işğal edilib?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın bir sıra bölgələrində Prezident Vladimir Putinin üç sərhəd bölgəsində hərbi vəziyyətin tətbiq olunduğunu elan etməsi haqqında müraciəti səsləndirilib.
Videoda V.Putin iddia edib ki, guya iyunun 5-də Ukrayna qoşunları Kursk, Belqorod və Bryansk vilayətlərini işğal edib və bununla bağlı bu rayonların ərazisində xüsusi rejim tətbiq edilir.
Müvafiq olaraq Rostov, Belqorod və Voronej vilayətlərinin televiziya və radio kanallarında yayımlanan müaricətdə “Bu gün ümumi səfərbərlik haqqında fərmanı imzalayacağam”, – deyə qeyd olunub.
Kreml isə bunu haker hücumu kimi qiymətləndirib. V.Putinin sözçüsü Dmitri Peskov belə bir müraciətin mövcud olmadığını açıqlayıb.
“Rusiya Prezidenti Vladimir Putin iyunu 5-i xalqa təcili müraciət ünvanlamayıb. Bəzi sosial şəbəkələrdə nümayiş olunan video yalandır, artıq ekspertlər bununla məşğuldur”, – deyə D.Peskov bildirib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
