Rusiya Ermənistana qoşun yeridəcək? - İrəvana qoyulan şərt
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Ermənistan hakimiyyətinin xarici siyasi vektoru dəyişdirmək üçün atdığı addımlara cavab olaraq açıq təhdidlərə əl atdı. Bu fakt hökumət komandasında təşviş yaradıb və onlar Rusiyadan hərbi müdaxilə və ya başqa şəkildə sərt şillə gözləyirlər”.
Bu barədə “Hraparak” nəşri yazıb. Qeyd olunub ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyada Ermənistana açıq xəbərdarlıq edib.
“Yaxın vaxtlarda Rusiyanın xəyanətkar müttəfiqini cəzalandırmaq əzmini nümayiş etdirmək üçün konkret addımlar atacağına dair məlumatlar var. Bunu ilk növbədə iş adamları hiss edəcək. Ola bilsin ki, yaxın günlərdə erməni avtomobillərinin Yuxarı Larsa girişinə qadağa qoyulsun. Yeri gəlmişkən, Rusiyanın müxtəlif platformalarında Ermənistan ictimaiyyətinə “bu hakimiyyətdən xilas olmasanız, qaçılmaz təhlükələrlə üzləşə bilərsiniz” mesajları verilir”, – nəşr yazıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
