Pleyeri seçin:

Rusiya Federal Təhlükəsizlik Xidmətindən vacib açıqlama | ABŞ MDB-də xaos yaratmaq istəyir

26 noyabr 2024 533 baxış

“Donald Trampın ABŞ prezidenti seçilməsinin Vaşinqtonun xarici siyasətində əsaslı dəyişikliyə səbəb olması ehtimalı azdır”.

Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB ölkələri təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin XX iclasında çıxışı zamanı bildirib.

O, hakimiyyətdən gedən Cozef Bayden komandasının daxili siyasi mübarizə çərçivəsində Avrasiyanın regionlarında vəziyyəti mümkün qədər gərginləşdirməyə çalışacağını da istisna etməyib.

FTX rəhbəri qeyd edib ki, Vaşinqtonun Kiyevə Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlər atmağa icazə verməsi istər-istəməz Ukraynada və onun ətrafında münaqişənin kəskinləşməsinə gətirib çıxaracaq.

A.Bortnikovun sözlərinə görə, Ukraynanın mütəşəkkil cinayətkarlığı narkotik istehsalının əhəmiyyətli hissəsinə nəzarət edir və bu amil Rusiyaya qarşı hibrid müharibədə istifadə olunur.

O həmçinin qeyd edib ki, ABŞ MDB-ni ucuz resurs bazasına çevirməklə orada xaos yaratmaq istəyir. A.Bortnikovun sözlərinə görə, NATO Qara dənizdə döyüş imkanlarını genişləndirməyə və Xəzər dənizinə çıxmağa çalışır.

FTX rəhbəri vurğulayıb ki, anqlosakslar gizli şəkildə Kiyevi təhlükəli eskalasiyaya, nüvə terror aktları həyata keçirməyə doğru itələyirlər.

“Ukrayna ərazisi dünyanın hər yerindən muzdluların və terrorçuların cazibə yerinə çevrilib. Bu regionda qlobal “kölgə” silah bazarı yaradılıb, onun digər “qeyri-sabitlik zonaları”na transferi davamlı olaraq həyata keçirilir”, – deyə A.Bortnikov əlavə edib.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 533 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 533 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 533 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 533 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 533 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 533 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 533 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 533 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 533 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 533 baxış
Seçilmişlər
icon