Rusiya hərbçilərin meyitlərini Ukraynaya qaytarır
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ukrayna hərbçilərinin meyitlərinin ilk partiyasını mübadilə məntəqəsinə çatdırıb. Bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya tərəfi iyunun 2-də İstanbulda keçirilmiş danışıqlar çərçivəsində əldə olunmuş razılaşmalara uyğun olaraq, həlak olmuş Ukrayna hərbçilərinin meyitlərinin ilk partiyasını mübadilə məntəqəsinə çatdırıb.
Bu barədə Rusiya danışıqlar qrupunun nümayəndəsi, general-leytenant Aleksandr Zorin məlumat verib.
Qeyd edilib ki, meyitləri qarşı tərəfə təqdim olunan 1212 nəfərin hamısı geyimləri və tapıldıqları ərazilər əsasında Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri kimi tanınıb.
“Bu, ilk partiyadır, Ukrayna tərəfi ilə razılaşdırılmış qrafikə uyğun olaraq mübadilə nöqtəsinə çatdırılıb. Meyitlərin bir çoxu artıq şəxsən tanınıb, lakin ümumilikdə hamısının Ukrayna hərbçiləri olduğu müəyyən edilib. Meyitlərin təhvil verilməsinin gələn həftəyə qədər təxirə salınacağına dair siqnallar var, Rusiya Ukraynadan təsdiq gözləyir”, – deyə rusiyalı general bildirib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
