Rusiya hərtərəfli üstünlüyü əlində saxlayır | Putindən sərt çıxış
Yeniliklərdən dərhal xəbərdar olun
“İstanbulda görüşüb danışıqlar aparıldı. Daha sonra Ukrayna tərəfi danışıqlarda razılaşdırılan şərtləri həyata keçirməkdən imtina etdi. Bizə bildirildi ki, Rusiya hər hansı bir işarə versin ki, Moskva, həqiqətən də, bütün məsələləri sülh yolu ilə həll etmək niyyətindədir. Bundan sonra biz qoşunlarımızı Kiyevdən çıxardıq”.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bundan bir gün sonra Ukrayna bütün müqavilələri zibil qutusuna atdı. Danışıqlar prosesində iştirak edən nümayəndə daha sonra açıqlama verdi ki, bəli, biz hər şeyi etməyə hazır idik, amma Böyük Britaniyanın o vaxtkı naziri Boris Conson gəlib bizi Rusiya ilə bu razılaşmaları yerinə yetirməməyə inandırdı. Onlar axmaqdırlar, nədirlər, bilmirəm.
Bu bir daha onu təsdiqləyir ki, Ukrayna onun, bunun sözü ilə hərəkət edir. Hazırda isə hərbi əməliyyatlarda Rusiya hər bir tərəfdən üstünlüyü əlində saxlayır. Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı isə uğursuzluğa düçar olub və belə davam edərsə, tezliklə Ukraynanın dövlətçiliyi sual altında qalacaq”, – o qeyd edib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
