Pleyeri seçin:
Rusiya ilə bağlı hədə-qorxu gəlinən müxbirin ölümünün pərdə arxası
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Bizə Yaninadan yazırlar” “Telegram” kanalının rəhbəri, rusiyalı hərbi bloger Andrey Morozov özünü güllələyib. Bu barədə “Telegram” kanalları məlumat yayıb.
Məlumata görə, “Murz” ləqəbli bloger öz kanalında rusların Avdeyevkadakı dəhşətli itkilərindən bəhs edən yazı paylaşıb. Həmin yazıdan sonra Vladimir Solovyov da başda olmaqla, rusiyalı təbliğatçılar ondan həmin yazının silinməsini tələb ediblər, hətta hədə-qorxu da gəliblər. Bu barədə bloger ölümündən qabaq paylaşdığı məlumatda da qeyd edib.
Qeyd edək ki, A.Morozov 2014-cü ildən Donbas separatçılarının tərəfində döyüşüb. Bir müddət öncə o, öz kanalında paylaşdığı məlumatda rusların oktyabr ayından bəri Avdeyevkada 16 min itki verdiyini yazmışdı.
Kopyalandı
