Rusiya ilə danışıqlar yalnız belə mümkün ola bilər… | Zelenskidən mühüm açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonla birgə danışıqlar masasına oturacağını açıqlayıb.
“ABŞ olmadan bizə vəd edilən təhlükəsizlik zəmanətlərinin baş tutması mümkün deyil. Mən Rusiyanın hücumunun qarşısını ala biləcək vədləri nəzərdə tuturam. ABŞ-nin yeni seçilən Prezidenti Donald Tramp və Vaşinqton olmadan NATO da var ola bilməz. Biz əvvəlcə D.Trampla razılığa gələcəyik. O, Qərb ilə birgə təhlükəsizliyimizə təminat verdikdən sonra Rusiya tərəfi ilə danışıqlar apara bilərik. Biz üçümüz birbaşa masa ətrafında otura bilmərik.
Telefon danışığı zamanı D.Tramp mənə bildirdi ki, görüşümüzü səbirsizliklə gözləyir. Bu, Donald Trampın prezident seçildikdən sonra ilk səfərlərindən biri olacaq. Bundan əlavə, ABŞ lideri üçün bu görüş olduqca ciddi əhəmiyyət kəsb edən bir məsələdir”, – deyə V.Zelenski bildirib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Donald Tramp ABŞ-nin yeni Prezidenti seçildikdən sonra münaqişənin bitəcəyinə dair inam daha da artıb.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
