Rusiya ilə Pavel Durov arasında niyə problem yaşandı? | Təzyiqlərə baş əysəydi...
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya ilə Pavel Durov arasında niyə problem yaşanıb? Çünki Rusiya “Telegram”da senzura tətbiq etməyə çalışırdı. Məsələn, 2011-ci ilin dekabrında FTX Pavel Durova “Telegram”da beş icmanın fəaliyyətinin dayandırılmasını və iki görüşün qarşısını almağı təklif edib. P.Durov bundan imtina etdi.
Bundan sonra o, Sankt-Peterburq Prokurorluğuna izahat vermək üçün çağırıldı. 2013-cü ildə isə Kiyevdə Avromeydan başladı. Eyni adlı qrupun “Telegram”da fəaliyyətini izləmək üçün FTX məxfi materiallara giriş tələb etdi. Pavel Durov təzyiqlərə baş əysəydi, “Telegram” ciddi itkilərlə üzləşəcəkdi. O, bunu etmədi...”
Bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli “Telegram”ın sahibi Pavel Durovun Paris Hava Limanında həbs edilməsinə münasibət bildirərkən qeyd edib.
Onun fikrincə, Rusiyanın “Telegram”ı təqib etməsi məntiqlidir:
“Ancaq özünü demokratiyanın keşikçisi elan etmiş Fransanın “Telegram”a qarşı hücuma keçməsi xeyli suallar yaradır. Azərbaycanın bu həbsdə adının hallanması, əlbəttə, təsadüfi deyil. Fransanın xüsusi xidmət orqanlarının Pavel Durovu Azərbaycana casusluq etməkdə ittiham etməsi də gözləniləndir.
Bu arada onu da qeyd edim ki, cənab P.Durov həm də Rusiya vətəndaşıdır. Ona görə də Rusiyanın rəsmi orqanları bu həbslə bağlı proseslərə müvafiq olaraq müdaxilə etmək imkanına malikdir.
Fransaya məxsus TF1 və BFM xəbər verir ki, P.Durovun bazar günü məhkəmə qarşısına çıxarılacağı gözlənilir. Bu olayda Azərbaycan üçün ən önəmli məqam ondan ibarətdir ki, Fransa Pavel Durovdan Azərbaycana qarşı ifadə ala bilərmi?
Düşünmürəm, çünki Pavel Durov həyatı boyu dəfələrlə bu kimi təzyiqlərlə üzləşib. Bu qədər beynəlxalq nüfuzu və maliyyə imkanları olan birini nəyəsə məcbur etmək o qədər də asan iş deyil.
Məncə, hazırda Azərbaycan olaraq bizi o düşündürməlidir ki, Pavel Durov məsələsindən Fransaya qarşı necə istifadə edə bilərik? Heç şübhəsiz ki, bu situasiyadan yararlanmaq lazımdır.
Pavel Durovun həbsi bir daha onu deməyə əsas verir ki, heç Qərbdə də azad jurnalistləri sevmirlər. Ömrü həbsxanalarda keçən “Vikiliks”in təsisçisi Culian Pol Assanc ABŞ-nin qəzəbindən hələ də qurtula bilmir.
Cənab P.Durov amerikalı jurnalist Taker Karlsona müsahibəsində belə demişdi: “Mən kimdənsə əmr almaqdansa, azad olmağı üstün tuturam”. Azadlığı üstün tutanları isə hətta Qərbdə də həbs edirlər”.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
