Rusiya ilə sülhün olması... | Trampın nümayəndəsindən Ukrayna barədə kritik mesaj
Yeniliklərdən dərhal xəbərdar olun
“Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh razılaşmasına məcbur etməyəcək”.
Bunu ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Brüsseldə NATO-nun mənzil-qərargahında keçirilən mətbuat konfransında bildirib.
“Heç kim Volodimir Zelenskini sülh razılaşmasına məcbur etməyəcək”, – deyə o söyləyib.
K.Kelloq həmçinin qeyd edib ki, bu həftə Kiyevə səfər etmək və Ukrayna lideri ilə görüşmək niyyətindədir.
Donald Trampın nümayəndəsi vurğulayıb ki, Ukrayna ilə bağlı danışıqlarda iştirak etməkdə israr edən Avropa müttəfiqləri ilə danışsa da, hamını danışıqlar masasına oturtmaq mümkün deyil.
Qeyd edək ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətlərinin görüşü keçiriləcək və Ukrayna nizamlanması da müzakirə olunacaq.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
