Pleyeri seçin:

Rusiya İranı niyə tək qoydu? - Pərdəarxası məqamlar üzə çıxdı

18 iyun 2025 526 baxış

Rusiyanın Yaxın Şərqdə regional təsiri zəifləməkdə davam edir. Bunu İranda başlayan və Rusiyanın müdaxilə etmədiyi müharibə göstərdi.

Bu barədə “The New York Times” yazıb.

ABŞ nəşri xatırladır ki, İran Ukrayna ilə müharibə aparan Rusiyaya “Şahid” kamikadze dronları ilə kömək edir. Üstəgəl, bu il onların hərbi əməkdaşlığı strateji tərəfdaşlıq sazişi ilə gücləndirilib.

“Amma bu müqavilənin imzalanmasından 5 ay sonra İran hökuməti İsrail tərəfindən ciddi təhlükə ilə üzləşib. Rusiya isə telefon zəngləri və qınama bəyanatlarından başqa özünü heç yerdə göstərmir”, – məqalə müəllifləri bildiriblər.

Qeyd olunub ki, hətta İranın nüvə və enerji obyektləri zədələndikdən və ölkənin bir çox yüksək səviyyəli hərbi rəhbərləri öldürüldükdən sonra da Moskvanın Tehrana köməyə gələcəyinə dair heç bir əlamət yoxdur. Bu, Rusiyanın 10 il əvvəl Bəşər Əsədin köməyinə gəldiyi zaman Suriyada baş verənlərə reaksiyası ilə ziddiyyət təşkil edir.

Nəşr vurğulayıb ki, Rusiyanın İrana ciddi dəstək vermək istəməməsi qismən Ukraynada davam edən müharibə səbəbindən hərbi qüvvələrinin məhdud olması ilə bağlıdır.

Başqa səbəblər də var. Ekspertlərin fikrincə, Rusiya İrana yardım edəcəyi təqdirdə ABŞ və İsraillə toqquşma ehtimalını ölçür.

Analitiklərin sözlərinə görə, Rusiya ABŞ Prezidenti Donald Trampla münasibətləri yaxşılaşdırmaqla yanaşı, İranın nüvə silahı əldə etməsini də istəmir. Həmçinin hücumdan sonra neft qiymətlərindəki sıçrayışdan Rusiya da faydalanacaq.

“Vladimir Putin çətin ki, münaqişəyə hərbi müdaxilə etsin və ya Tehranı çox aqressiv şəkildə silahlandırsın. Bu, qismən də Moskva üçün getdikcə daha güclü tərəfdaşlara çevrilən Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanını özündən uzaqlaşdıracağı ilə bağlıdır. Daha güclü İran da Rusiyanın maraqlarına uyğun gəlmir”, – məqalədə qeyd edilib.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 526 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 526 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 526 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 526 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 526 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 526 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 526 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 526 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 526 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 526 baxış
Seçilmişlər
icon