Rusiya Kiyevi ballistik raketlərlə vurdu | Ölən və yaralananlar var - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə dron, eləcə də ballistik və qanadlı raketlərlə hava zərbələri endirib.
Nəticədə, 56 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, 2 sakinin isə öldüyü bildirilir.
Kiyev Dövlət Hərbi Dairəsinin rəisi Timur Tkaçenko şəhər üzrə 40-dan çox obyektin zədələndiyini diqqətə çatdırıb.
Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, raket zərbəsindən “Lukyanovka” metrosunun tavanı uçub, həmin ərazinin yaxınlığında yerləşən bazar isə tamamilə yanıb. Şevçenko rayonunda isə orta məktəbə ziyan dəyib.
Hücumların nəticələrinin aradan qaldırılması istiqamətində işlərin davam etdirildiyi vurğulanıb.
Bu arada Ukrayna Ordusunun Luqanskda kollecə PUA zərbəsi endirməsi zamanı 18 nəfərin öldüyü, 60 nəfərin isə yaralandığı bildirilib.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi açıqlama verib.
Ərazidə axtarış-xilasetmə əməliyyatlarının başa çatdığı və hadisə nəticəsində ölənlərin hamısının dağıntılar altından çıxarıldığı qeyd olunub.
Xatırladaq ki, dron zərbəsi endirilərkən yataqxanada 14-18 yaş arası 86 nəfərin olduğu barədə məlumat yayılıb.
#Rusiya Ordusu teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
