Pleyeri seçin:
Ukrayna Krıma 11 PUA ilə hücum etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələri Rusiyanın ilhaq etdiyi Krım yarımadasına 11 PUA ilə hücum edib.
Bu barədə Krımdakı separatçı rejimin başçısı Sergey Aksyonov bildirib. Onun sözlərinə görə, PUA-ların hamısı havada ikən zərərsizləşdirilib. Lakin 1 PUA-nın qalıqları Krımın Cankoy rayonundakı silah-sursat anbarına ziyan vurub.
Həmçinin bildirilib ki, hücum nəticəsində Cankoy-Simferopol istiqamətində avtomobil və dəmir yolları bağlanıb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Ukrayna Baş nazirinin müavini, rəqəmsal nəqliyyat naziri Mixail Fyodorov məlumatı təsdiqləyib.
Qeyd edək ki, iyulun 22-də də Krıma PUA-larla hücum olub.
Kopyalandı
#Ukrayna Ordusu teqi istifadə olunub
- Strateji obyektə hücum Moskvanın raket proqramını ləngidə bilərmi? - Baku TV
- Türkmənistandan qayıdan Rusiya nümayəndə heyəti səmada qaldı - Baku TV
- Neft zavodlarına zərbələr Putinin müharibə planlarını dəyişdirə bilərmi? - Baku TV
- Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə
- Ukrayna ordusu Rusiyanın bir neçə bölgəsinə zərbələr endirib - Baku TV CANLI
